“Oyunçular çox yorulublar” – Zaur Svanadze

“Oyunçular çox yorulublar” – Zaur Svanadze
21:12 16 Aprel 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Bəzi çətinliklərimiz, müdafiədə problemlərimiz var idi. Xüsusilə müdafiənin cinahlarında, İlkin Qırtımov və Slavik Alxasovun yoxluğu öz təsirini göstərdi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
 
Azərbaycan Premyer Liqasının XXVI turunda "Qarabağ"la qarşılaşan paytaxt təmsilçisi 0:3 hesablı məğlubiyyətə üzülüb.
 
Oyun başa çatdıqdan sonra gürcü çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb: "Yaxşı ki, vaxtından əvvəl 3-cü pilləni təmin etdik. Yoxsa bizim üçün çətin olardı".
 
- Növbəti iki tur "İnter" üçün hansı əhəmiyyət kəsb edəcək?

- Növbəti iki oyunda ola bilsin, gənc oyunçulara üstünlük verək. Oyunçular çox yorulublar. Bizdə həm də, transfer qadağası var. Gənc oyunçulara şans verilməsi həm də bu cəhətdən əhəmiyyət kəsb edir.
 
- Rauf Əliyev əvəzlənərkən, sərt şəkildə etiraz etdi. Bununla bağlı onunla söhbət edəcəksiz?

- Elə də ciddi etiraz etmədi. Hamı oynamaq istəyir. Sadəcə, o, yorulmuşdu, buna görə onu əvəz etdim.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR