Bu yollar bağlanır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Növbəti xətlənmə işləri bu axşam saat 22:00-dan başlayaraq 3 istiqamət üzrə aparılacaq.

“Azəravtoyol”dan Metbuat.az-a verilən məlumata görə, Qara Qarayev prospektinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən “Böyük Şor” yol qovşağına doğru istiqamətində, Fətəli Xan Xoyski küçəsinin Gənclik meydanından Ağa Neymətulla küşəsinin kəsişməsinədək olan hissəsində, buna paralel olaraq Həsənoğlu küçəsində də yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işlərinə start veriləcək.

Yolun xətlənməsi işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Azəravtoyol ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməklərini tövsiyə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR