Türkiyədə seçicilərin 51,33%-i

Türkiyənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səslərin ilkin hesablanması başa çatıb.

İlkin məlumata əsasən seçicilərin 51,33 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

Qeyd edək ki, seçicilərin 84 faizi səsvermədə iştirak edib.

XXX

İlkin məlumata əsasən Türkiyədə referendumda bülletenlərin 97%-i sayılıb.

Bülletenlərin 97 faizinin sayılmasından sonra seçicilərin 51.49 faizi Konstitusiya dəyişikliyinin dəstəkləyib.

Səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.

Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanıb.

Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edə bilər.

Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.

Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-i başlayan səsvermə aprelin 16-dək davam edəcək./trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR