"Qeyri-müəyyənlik və maaşlarımızın verilməməsi..." - YENİLGİ ŞƏRHİ

"Qeyri-müəyyənlik və maaşlarımızın verilməməsi..."  - YENİLGİ ŞƏRHİ
21:27 16 Aprel 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

“Əlbəttə ki, uduzmaq istəmirdik. “Qarabağ” bu oyunadək bizi məğlub etməmişdi”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in futbolçusu Mirhüseyn Seyidov deyib.


Ağdam təmsilçisinə 0:3 hesabıyla uduzan “ağ-göylər”in yarımmüdafiəçisi darmadağını psixoloji durumla əlaqələndirib: “Rəqib qalib gələcəyi halda, çempionluğu rəsmiləşdirəcəkdi. Oyuna ikiqat motivasiya ilə çıxmışdılar. “İnter”də isə psixoloji durum qaydasında deyil. Bir yandan klubun gələcəyiylə bağlı qeyri-müəyyənlik, digər tərəfdən də maaşların verilməməsi... Belə şeylər istər-istəməz oyuna təsir edir”.

Seyidov ardıcıl 4-cü çempionluğu rəsmiləşdirən ağdamlıları təbrik etməyi də unutmayıb: “Şübhəsiz, layiqli qələbəydi. “Qarabağ”ı çempion olması münasibətiylə təbrik edirəm. Çempionluğa layiqiydilər. Allah qoysa, ölkəmizi Çempionlar Liqasında layiqincə təmsil edərlər. Çempionatda rəqibimizdisə, avrokuboklarda Azərbaycanın adını yüksəklərə qaldırmaq istəyən, güclü komandadı”.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqeyri-muyynlik-v-maalarmzn-verilmmsiquot-t57658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR