"Avropa klubları üçün çətin rəqib olacağıq” - Tahir Gözəl

"Avropa klubları üçün çətin rəqib olacağıq” - Tahir Gözəl
21:52 16 Aprel 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

"Mənim üçün sürpriz oldu, gözləmirdim. Möhtəşəm bir qələbə və "Qarabağ"ın çempionluğunu yaşadıq. Başda ölkə prezidenti İlham Əliyev olmaqla bütün xalqımızı, "Qarabağ"sevərləri təbrik edirəm".

Milli.Az sport24.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın  prezidenti Tahir Gözəl r'əhbərlik etdiyi klubun Azərbaycan çempionu olmasına münasibət bildirərkən deyib.

T.Gözəl bildirib ki, "Qarabağ"ın istəyi Çempionlar Liqasının qrup mərhələsində çıxış etməkdir: "Oyunumuz da gözəl oldu. İnşallah, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanar. Bütün fürsətlərdən istifadə edəcəyik. Qurban Qurbanova və komandamıza uğurlar arzulayıram. Baş məşqçimiz transferlərlə məşğul olsun, lazım olan oyunçuları ala bilək. Hesab edirəm ki, Avropa klubları üçün çətin rəqib olacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR