Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, Prezident İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə Prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər./trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR