Siyəzəndə evdən qızıl və pul oğurlayan şəxs tutuldu - FOTO

Siyəzəndə evdən qızıl və pul oğurlayan şəxs tutuldu - FOTO
22:13 16 Aprel 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən rayonunun Balaca Həmyə kəndində oğurluq edən şəxs tutulub.

Publika.az xəbər verir ki, 1975-ci il təvəllüdlü kənd sakini Famil Ağayev Siyəzən Rayon Polis şöbəsinin növbətçi hissəsinə aprelin 15-də evindən oğurluq edilməsi ilə bağlı müraciət edib.

Hadisə yerinə baxış keçirən əməliyyat qrupu evdən 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl nişan üzüyü və 55 manat nağd pulun oğurlandığını müəyyən edib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı oğurluq faktını 1998-ci il təvəllüdlü Balaca Həmyə kənd sakini Qəribağa Zeynalov tərəfindən törədildiyi məlum olub. O, tutularaq istintaqa təhvil verilib. Hazırda Q.Zeynalovun digər oğurluq hadisələrində əlinin olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR