İki metrlik piton narkotik asılılığından müalicə olunur - FOTO

İki metrlik piton narkotik asılılığından müalicə olunur - FOTO
22:22 16 Aprel 2017
176 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avstraliyada iki metrlik piton ilanı narkotik asılılığından müalicə edirlər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumatı Northern Star nəşri yayıb. Piton metamfetamin hazırlanan yeraltı laboratoriyada yaşayırmış. Kimyəvi dumanlar və havaya buxarlanan narkotik vasitələrin hissəcikləri pitonu narkomana çevirib.

Təyyarədə ilan şoku Polis reydi zamanı bu sürünən varlıq hüquq-mühafizə orqanlarının əlinə düşüb. Onu Sidneydəki heyvanlar üçün olan nəhəng həbsxana kompleksinə göndəriblər.  Kompleksin əməkdaşı İena Mitçellanın sözlərinə görə, əvvəlcə ilan özünü sakit, sonra isə aqressiv və proqnozlaşdırılmaz tərzdə aparıb.

Adəti üzrə sakit və yavaş olan digər pitonlardan fərqli olaraq, sözügedən piton yerləşdirildiyi konteynerdə fasiləsiz olaraq sürünüb və özünü ora-bura vurmağa başlayıb. Sürünənin narkomaniya asılılığından tamamilə xilas olması üçün yeddi ay tələb olunur. Hazırda ona yeni sahib axtarılır. Xatırladaq ki, aprelin əvvəllərində ABŞ-ın Florida ştatının cənubunda tünd zolaqlı piton aşkarlanıb. Onun uzunluğu 5 metr, çəkisi isə 65 kq olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR