“Zirə”dən iki rekord

“Zirə”dən iki rekord
22:27 16 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XXVI turunda “Sumqayıt”la 1:1 hesablı heç-heçə edən “Zirə” iki rekorda imza atıb. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, qəsəbə klubu cari mövsümdə ardıcıl 4 oyunda heç-heçə edən ilk komanda olub. 


XXIII turda “Qarabağ”la qolsuz bərabərə qalan Ayxan Abbasovun yetirmələri “Qəbələ”, “İnter” və “Sumqayıt”la görüşlərdə eyni - 1:1 hesablı sülhə imza atıb. Bunadək mövsümün heç-heçə rekordu ardıcıl 3 bərabərlik əldə edən “İnter”, “Kəpəz”, “Qəbələ” və “Zirə”yə məxsus idi. Sonuncular bu seriyasını 4-ə çatdırmaqla həm də klub tarixinin rekorduna imza atıb. Bakılılar indiyədək ardıcıl 4 matçda 1 xal qazanmamışdı. “Qəbələ” də XXVI turadək ardıcıl 3 heç-heçə etsə də, bu seriya “Kəpəz”lə səfər matçındakı 0:2 hesablı məğlubiyyətlə qırılıb.


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zirdn-iki-rekord-t57662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR