Günahların bağışlanması üçün oruc tutmaq olarmı?

Günahların bağışlanması üçün oruc tutmaq olarmı?
22:42 16 Aprel 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Niyyəti dil ilə deməyə ehtiyac yoxdur. Niyyətin yeri qəlbdir. Sadəcə bilməyiniz ki, "sabah Ramazan orucunun qəzasını tutacam"- artıq bu niyyətdir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, günahların bağışlanması üçün tövbə etmək lazımdır. Tövbədən sonra oruc və ya digər xeyirli əməllər etmək həm savab qazandırır, həm də günahların bağışlanmasına səbəbdir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Harada olursan ol, Allahdan qorx. Bir pis iş (günah) etdikdə ardınca yaxşı əməl et ki, onu silib aparsın və insanlarla ən gözəl əxlaqla davran!" (Əhməd; ət-Tirmizi).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR