Dünyada pasportlar yalnız 4 rəngdə olur – Səbəbi

Dünyada pasportlar yalnız 4 rəngdə olur – Səbəbi
22:57 16 Aprel 2017
131 Maraqlı
Ölkə mətbuatı
A- A+

Belə məlum olur ki, dünyada əsas olaraq 4 rəngdə pasport mövcuddur və hər bir ölkənin bu sənədin üz qapağı üçün seçdiyi rəngin öz səbəbi var.

Qırmızı

Milli.Az banker.az-a istinadən bildirir ki,bu ən geniş yayılmış rəngdir. Qırmızı üzlüklü pasportları kommunist keçmişə və yaxud bu günə sahib olan ölkələr seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Ruminya, Polşa, Gürcüstan vətəndaşları qırmızı üz qapağına malik şəxsiyyət vəsiqələrinə sahibdirlər. Xorvatiya istisna olmaqla, Aİ üzvləri həmçinin tünd zoğalı və qırmızı rəngin digər çalarlarında olan pasportlardan istifadə edir. Aİ-na daxil olmaq arzusunda olan ölkələr, məsələn, Türkiyə, Makedoniya və Albaniya bir neçə il əvvəl pasportlarının rəngini qırmızı rəngə boyadılar. Boliviya, Kolumbiya, Ekvador və Peru da həmçinin tünd zoğalı rəngdə olan pasporta malikdir.

Göy

Növbəti geniş yayılmış rəng. Göy üzlük "yeni dünya"-nı simvolizə edir. 15 Karib ölkəsi göy pasporta sahibdir. Cənubi Amerika bloku ölkələrində göy pasport Merkosur - ticarət ittifaqı ilə əlaqəni simvolizə edir. Bunlar Braziliya, Argentina və Paraqvaydır. Venezuela da bu ittifaqa daxil olmasına baxmayaraq, onun vətəndaşları qırmızı pasporta sahibdir. ABŞ vətəndaşının pasportu 1976-cı ildə göy rəngdə oldu.

Yaşıl

Əksər müsəlman ölkələrinin pasportu yaşıl rəngdədir. Məsələn, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan. Yaşıl rəng Məhəmməd peyğəmbərin sevdiyi rəng hesab edilir və təbiət və həyatın simvoludur. Qərbi Afrika ölkələrinin - məsələn, Burkina Faso, Nigeriya, Fil dişi sahili və Seneqal vətəndaşları yaşıl rəngin müxtəlif çalarlarında olan pasportlara sahibdir.

Qara

Qara üz qapağına sahib pasportlar ən nadir pasportlardır. Botsvana, Zambiya, Qabon, Angola, Çad, Konqo, Malavia və digər Afrika ölkələrinin vətəndaşlarının qara pasportu var. Həmçinin Yeni Zellandiya vətəndaşları da qara pasporta sahibdirlər. Çünki qara Yeni Zellandiyanın milli rəngidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR