Ölüyə baş daşı qoymaq və qəbrinin ətrafına tor çəkmək düzgündürmü?

Ölüyə baş daşı qoymaq və qəbrinin ətrafına tor çəkmək düzgündürmü?
23:52 16 Aprel 2017
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəriətə görə ölmüş insan üçün baş daşı düzəltdirmək, şəkil qoymaq, qəbiri hasara almaq və ya tor ilə hörmək qadağandır. Sadəcə olaraq qəbrin baş tərəfinə yerdən bir az hündür səviyyədə bir şey qoyulur ki, bilinsin ki, burada qəbir var. Onun da çox hündür səviyyədə qoyulmaması daha yaxşıdır. Milli.Az zikr.az-a istinadən bildirir ki, Cabir (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbri hündür etməyi, qəbrin üzərində oturmağı, tikili tikməyi, qəbri artırmağı və ya üzərinə yazmağı qadağan etmişdir" (Əbu Davud, 3225; əl-Hakim, 1/ 370)
Bəzi alimlərə görə ətrafda qəbirlər çoxdursa və qəbiri fərqləndirmək çətindirsə, qəbirin üzərinə ad yazmaq olar. Amma ölü haqqında məlumat, onun yaxşı işləri, təriflər, şer və s. yazmaq, şəkil vurmaq haramdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR