"Bu gün 200 illik sistemin dəyişdirilməsinə qərar verildi" - Ərdoğan

"Bu gün 200 illik sistemin dəyişdirilməsinə qərar verildi" - Ərdoğan
00:12 17 Aprel 2017
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Referendumun nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan referendumla bağlı səsvermənin nəticələrinin elan edilməsindən sonra keçirdiyi mətbuat konfransında deyib.

Səsvermədə fəal iştirak etdiyinə görə türk xalqına təşəkkür edən Prezident Ərdoğan bildirib : "Bu, tarixi hadisədir. Bu gün 200 illik sistemin dəyişdirilməsi barədə tarixi qərarın verildiyi gündür. Bu dəyişikliklərə "hə" deyənlərə minnətdarlığımı bildirirəm".

"Biz qarşılaşacağımız hər problemi, çətinliyi, böhranı aradan qaldırmaq iqtidarındayıq. Bunun bariz nümunəsini 15 iyul hadisələri zamanı gördük", - deyə Prezident Ərdoğan əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/535745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR