Ərdoğanın qələbə çıxışı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendumun nəticələri ilə bağlı canlı yayımda çıxış edib.

Ərdoğan millətin dəstəyi ilə tarixin ən önəmli referendumunu həyata keçirdiklərini deyib.

“Bu gün Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Səsin nəticəsindən asılı olayaraq seçkiyə gedərək iradəsinə sahib çıxan millətimizin hər bir fərdinə minnətdaram.

16 aprel referendumu millətimizin gələcəyinə sahib çıxmasının bariz nümunəsidir. Türkiyə bu gün 200 illik müzakirə mövzusu olan məsələdə tarixi bir qərar verib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR