Əyləncə gecəsində atışma: 9 yeniyetmə yaralandı

Əyləncə gecəsində atışma: 9 yeniyetmə yaralandı
07:29 17 Aprel 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatında baş vermiş silahlı insident nəticəsində 9 yeniyetmə yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Valyexo şəhərində fərdi evdə təşkil olunmuş əyləncə gecəsində baş verib.

 

Naməlum silahlılar avtomobildən yeniyetmələrə atəş açaraq hadisə yerindən qaçıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı bildirilir.

 

Polis cinayətkarların saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR