Tovuzda qəza: ər və arvad yaralandı

Tovuzda qəza: ər və arvad yaralandı
07:44 17 Aprel 2017
109 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

 

“Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Aşağı Öysüzlü kənd sakini 1958-ci il təvəllüdlü Arif Həsənov və onun həyat yoldaşı, sərnişin, 1961-ci il təvəllüdlü Səidə Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir

 

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR