"Bu il bir az çətin oldu" - Rəşad Sadıqov

"Bu il bir az çətin oldu" -   Rəşad Sadıqov
08:47 17 Aprel 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Çempionluq şirin olur. Çox sevindirici haldı, bunun üçün əziyyət çəkirdik. Düzdü, bu il bir az çətin oldu. “Qəbələ” də layiqli mübarizə apardı. Hər iki komanda qızıl medallara layiq idi". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.


Kapitan "İnter"ə 3:0 hesabı ilə qalib gələrək çempion olduqları oyundan sonra açıqlama verib. "Qəbələ"nin "Kəpəz"ə məğlubiyyətini gözləmədiklərini bildirən Rəşad bunun onlar üçün əlavə motivasiya olduğunu deyib: "Bu haqda düşünmürdük və bunu gözləmirdik. “Qəbələ”nin uduzduğunu oyundan qabaq paltardəyişmə otağında bildik. Bu da bizim üçün motivasiya oldu. Başa düşürdük ki, qələbə qazansaq çempionuq".


Rəşad "Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Kəpəz” “Qəbələ”ni məğlub etməklə sizə kömək etdi. Qarşıdakı turlar da siz də onlara dəstək olmağı düşünmürsünüz ki" sualına belə cavab verib: "Hazırda 4 komandanın Avropa Liqasına düşmək şansı var. “Qarabağ”ın kiməsə kömək, yardım etmək niyyəti olacağına inanmıram. Öz oyunumuzu oynayacağıq. Bu matçlar olmasaydı, istirahət etmək imkanımız olardı".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-il-bir-az-ctin-olduquot-t57664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR