1636 nəfər İran prezidenti olmaq istəyir

1636 nəfər İran prezidenti olmaq istəyir
10:23 17 Aprel 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Mayın 19-da İranda keçiriləcək 12-ci prezident seçkilərinə ümumilikdə 1636 nəfər namizədliyini irəli sürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Əli Əsgər Əhmədi məlumat verib.

MSK sədri deyib ki, prezidentliyə namizədliklərini irəli sürənlərdən 137 nəfəri qadın, 1499 nəfəri isə kişidir:

“Namizədlər arasında ən gəncinin 18, ən yaşlısının isə 92 yaşı var. Namizədlərdən 1206 nəfərin ali təhsili yoxdur”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR