Hafiz Hacıyev xərçəng xəstəliyinə tutulub?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son zamanlar siyasi arenada az görünür. Bu isə müxtəlif şaiyələrə yol açır. onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi və hazırda xarici ölkələrdən birində müalicə aldığı deyilir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Hafiz Hacıyev deyilənlərə münasibət bildirib:

“Məni xalqın dərdi bu günə qoyub. Dərd çəkməkdən əsəblərim gərginləşib. Qədir-qiymət bilən yoxdur. Hazırda İstanbuldayam. 2-3 gün əvvəl bura gəlmişəm. Böyrəklərimlə bağlı problemim var. Analiz vermişəm, cavablar da artıq hazırdır. Ciddi bir xəstəliyim yoxdur. Ayaq üstəyəm. Düşmənlərimə bu sevinci yaşatmaram. Mənə görə narahat olanlara isə çox sağ olumu çatdırıram. 3-4 günə vətənimə qayıdacam. Sevənlərimlə iş başında görüşəcəm”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR