Çeçenistanda "gay"ləri kütləvi həbs edirlər?

Çeçenistanda vətəndaş hüquqlarının pozulduğu, cinsi azlıqların kütləvi şəkildə həbs olunduğu deyilir.

Metbuat.az xəbər verir ki, bu barədə "Novaya Qazeta"da dərc edilən məqalədə bildirilib.

Məsələyə münasibət bildirən Çeçenistan prezidenti Ramzan Kadırov "Novaya Qazeta"da yazılanları böhtan adlandırıb:

"Çeçenistanın daxili siyasətini ləkələmək üçün yayılan böhtandır. Çeçenistanda hər bir vətəndaşın hüququ qorunur".

Qeyd edək ki, Ramzan Kadırovun məsləhətçisi Adam Kadırov "Novaya Qazeta"nın çeçen xalqının düşməni olduğunu, xalqı təhqir etdiyini bildirib.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR