Ərdoğanın referendum sonrası ilk işi - "Edam cəzası müzakirə olunacaq"

Ərdoğanın referendum sonrası ilk işi - "Edam cəzası müzakirə olunacaq"
11:05 17 Aprel 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən açıqlanan referendum nəticələrindən sonra Huber köşkündə çıxışında hökumətlə edam cəzasını müzakirə edəcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xalqa müraciət edən Ərdoğan "ilk iş Baxçalı və Binəli Yıldırımla edam məsələsini müzakirə etmək olacaq" sözlərini işlədib: 

"Dərhal bu məsələsini cənab baş nazir, cənab Baxçalı ilə müzakirə edəcəm. Cənab Baxçalı "mən dəstəkləyərəm" dedi. Cənab Yıldırım da eyni şəkildə. Kılıçdaroğlu da dəstəkləyəcəyini bildirmişdi. Birdən dəstəkləməzsə...O zaman nə edəcəyik? Bir xalq səsverməsi də onun üçün keçirərik". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR