Məmmədyarov Maltada səfərdədir

Məmmədyarov Maltada səfərdədir
11:28 17 Aprel 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya səfərə gedib.

Publika.az xəbər verir ki, üçgünlük səfər zamanı Azərbaycan XİN başçısı maltalı həmkarı Corc Vella, Malta prezidenti Mari-Luiz Koleyro Preka ilə danışıqlar aparacaq.

Səfər çərçivəsində ölkələr arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycanın Maltadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov daxildir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/195340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR