"Jiquli" tanınmaz dərəcədə yeniləndi - FOTO

"Jiquli" tanınmaz dərəcədə yeniləndi - FOTO
11:42 17 Aprel 2017
134 Dünya
Ölkə mətbuatı
A- A+

"Lada"nın yeni "Concept - 01" konsepsiyasının görüntüləri yayılıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, avtomobilin yeni dizaynı 60-cı illərin italyan avtomobillərinin müasir formasını xatırladır.

4 qapılı sedanın ən diqqət çəkən özəlliyi LED işıqlarla təchiz edilmiş ön hissəsidir. Yığcam xarici görünüşə sahib bu konsepsiyanın müəllifi rus dizayner Sergey Xodırov Pavloviçdir.

Avtomobil həvəskarları bu modeli rusların "Volqa"sınin yeni versiyası kimi qələmə versələr də, daha çox "VAZ-01"-in ən müasir forması kimi təqdim edilir. Yeni dizayn dünya avtomobil həvəskarlarının marağına səbəb olub.

Yeni təqdim edilən "Lada Concept 01" dörd qapılı sedanın çox az şöhrət qazanmış "Lada Badge" modelindən daha çox təklif ediləndir. "Lada Concept 01" 21-ci əsrdə istehsal edilə biləcək yeni "Lada" modellərindən daha müasir görünür.

"Lada Concept 01"-in daha sağlam, möhkəm görünüşü üçün xarici səthi daha geniş şüşə kənarları və nisbətən qısa pəncərələrlə dizayn edilib. Bu model dizaynı ilə hamar və sadə görünür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR