Evin qapsını sındırıb 10 xalça apardılar - CƏLİLABADDA

Evin qapsını sındırıb 10 xalça apardılar - CƏLİLABADDA
11:57 17 Aprel 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda oğurluqda şübhəli bilinən şəxs yaxalanıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-nə keçən gecə şəhər ərazisindəki evlərdən birinin qapısını sındırmaq yolu ilə oradan 10 ədəd xalça, 2 məişət cihazı, 1 noutbuk, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Toğrul Bayramov tutulub.

Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR