Məktəbdə tüklərinə görə lağa qoydular, böyüdü, acığa düşdü - FOTO

Məktəbdə tüklərinə görə lağa qoydular, böyüdü, acığa düşdü - FOTO
12:12 17 Aprel 2017
152 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gənc fitnes bloqeri istənməyən tükləri ilə diqqət mərkəzindədir.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, o, ayağındakı tüklərini təmizləməyib və bununla da fəxr edir.

Morqan Mikenasın İnstaqram-da 7 min izləyicisi var. O, daima bu hesabında natəmiz şəkillərini yayır.

Morqan düşünür ki, buna görə utanmaq lazım deyil. Hətta bütün qızlar ondan ilham alıb cəsarətli olmalı və tüklərini təmizləməməlidirlər.

O, Youtube-da yaydığı açıqlamasında deyib ki, 11, 12 yaşları olanda məşq zamanı şort geyindiyinə görə sinif yoldaşları onun ayağındakı tükləri görüblər. Morqan buna görə çox utanıb və ağlayaraq evə qaçıb.

Lakin o, ötən il qərara alıb ki, buna görə utanmaq lazım deyil. O, ötən ilin ilk aylarından başlayaraq tüklərini təmizləməmək qərarına gəlib. Artıq 1 ildən çoxdur ki, Morqan tüklü halda gəzir.

Onun bu hərəkəti qadınlar tərəfindən normal qarşılansa da, oğlanlar tərəfindən iyrənc qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR