Siyəzəndə qadın özünü asdı

Siyəzəndə qadın özünü asdı
16:26 7 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Siyəzən rayonunda 33 yaşlı qadın özünü öldürüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Gil-gilcay qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan 1982-ci təvəllüdlü Gülnaz Kərimbala qızı Abbasovanın asılmış meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Onun meyiti tibbi ekspertizadan keçirilmək üçün Xaçmaz rayon morquna aparılıb. Araşdırmalar zamanı məlum olub ki, qadın intihar edib.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR