"Qarabağ klnanına" zərbə: ermənilər Azərbaycanı dəstəklədi

"Qarabağ klnanına" zərbə: ermənilər Azərbaycanı dəstəklədi
12:14 17 Aprel 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq mahnı müsabiqəsi Eurovisionun Ermənistan üzrə rəsmi fan klubu  (OGAE) öz səs nəticələrini açıqlayıb.

 

Lent.az-ın vesti.az- a istinadən məlumatına görə, səs nəticələrinə görə erməni fanları daha çox İsveç, Belçika və Fransa təmsilçilərinin ifa etdiyi mahnını bəyəniblər.

 

Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlər tam başqa fonda olsa da qonşu ölkənin bəzi nümayəndələri Azərbaycanı “Eurovision-2017”də təmsil edəcək Diana Hacıyevanın ifasında səslənən mahnını bəyəndiyini etiraf ediblər.

 

 Buna baxmayaraq əminliklə demək olmaz ki,  Diananın erməni fanları yarışma zamanı  birbaşa olaraq səsini ona verəcək.

 

 Ancaq musiqi sərhəd tanımır. Ekspertlər bunu ermənilərin "Qarabağ klanına" böyük zərbə hesab edir.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR