Baş nazir: "Pxenyan növbəti təxribata əl atsa, ABŞ-la birgə cəza tədbirləri görəcəyik"

Baş nazir: "Pxenyan növbəti təxribata əl atsa, ABŞ-la birgə cəza tədbirləri görəcəyik"
12:17 17 Aprel 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Pxenyan növbəti təxribata əl atsa, Koreya Respublikası və ABŞ təsirli cəza tədbirləri görəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Cənubi Koreya baş naziri, prezidentin səlahiyyətlərini icra edən Xvan Qyö An ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşdən sonra yerli "Yonhap" agentliyinə müsahibəsində deyib.
 
Baş nazir, həmçinin bildirib ki, ABŞ vitse-prezidenti ilə THAAD ballistik raketlər əleyhinə sisteminin yerləşdirilməsi və istismara verilməsi barədə razılığa gəlib: "Koreya-Amerika alyansı Koreya yarımadasında və Şimal-Şərqi Asiyada sülhün dayağıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR