Azərbaycanda neçə hemofiliyalı xəstə var? - Say açıqlandı

Azərbaycanda neçə hemofiliyalı xəstə var? - Say açıqlandı
12:22 17 Aprel 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rəsmi qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb.

Milli.Az APA-ya istiadən xəbər verir ki, Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova Ümumdünya Hemofiliya günü ilə bağlı keçirilən tədbirdə bildirib ki, mərkəzdə 1554 nəfər xəstə qeydiyyatdadır. 2016-cı ildə 69 xəstə ilkin qeydiyyata alınıb: "Bu da xəstələrin nisbi artımı deməkdir. Xəstələr arasında 1-5 yaş arası olanların sayı 113, 5-15 yaş arasında olanlar isə 222 nəfərdir. Bu gün 47 ağır hemofiliyalı xəstə uşaqda profilaktika aparılaraq əlilliyin qarşısı alınır, həyat keyfiyyətləri yaxşılaşaraq sağlam insanlardan seçilmirlər".
 
E.Qədimova əlavə edib ki, son illər Mərkəzi Aran, Bakı və Sumqayıtda xəstələrin sayı artıb. Bakı üzrə 738, Sumqayıtda 76 nəfər xəstə var: "Hemofiliya müxtəlif qanaxmalarla xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon Villebrand faktorunun çatışmazlığıdır. Təkrar baş verən şiddətli qanaxmalar zamanı qanın oynaq və yumşaq toxumalara yığılması nəticəsində xəstənin hələ uşaq və gənc yaşlarında əlil olmasına, bəzən də ölümünə səbəb olur. Bu gün mərkəzdə xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatlar ölkəyə gətirilir. Azərbaycanda hemofiliyalı xəstələrin 20 faizi lazımi dərman preparatları ilə təmin edilir. Hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR