Direktor və müəllim olmaq istəyənlər üçün yenə sınaq imtahanı keçiriləcək

Direktor və müəllim olmaq istəyənlər üçün yenə sınaq imtahanı keçiriləcək
12:34 17 Aprel 2017
489 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi aprel ayının 15-də ilk dəfə olaraq direktor vəzifəsinə, aprel ayının 16-da isə növbəti dəfə müəllim olmağa hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirib.

 

Mərkəzdən Lent.az-a verilən məlumata görə, direktor vəzifəsi üçün elektron sınaq imtahanında respublikanın 27 bölgəsindən 100-ə yaxın namizəd, müəllimlərin işə qəbulu üçün elektron sınaq imtahanında isə 23 bölgədən 400-ə yaxın namizəd imtahan verib. Müəllim olmağa hazırlaşanlar üçün sınaq imtahanları həm Azərbaycan həm də rus bölməsi üçün nəzərdə tutulub.

 

 

Nəzərinə çatdıraq ki, növbəti elektron sınaq imtahanları aprel ayının 22-də direktor olmaq istəyənlər üçün, aprel ayının 23-də isə müəllim olmaq istəyənlər üçün Nizami rayonu 220 nömrəli məktəbdəki elektron imtahan mərkəzində keçiriləcək.

 

 

Qeyd edək ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə bu sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub. Elektron sınaq imtahanına yazılmaq üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək lazımdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR