Partlayış bank binasını dağıtdı

Partlayış bank binasını dağıtdı
12:47 17 Aprel 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Korsika adasındakı Korte şəhərində ötən gecə baş vermiş partlayış "Société Générale" bankının ofisinin binasını dağıdıb.

Milli.Az report-a istinadən xəbər verir ki, partlayıcı qurğunun işə düşməsi ilə ofisin binasına ciddi ziyan dəyib. Partlayış dalğası, həmçinin yaxınlıqdakı mağazanın şüşələrini çilik-çilik edib.

Hadisə yerində partlayıcı üzrə mütəxəssislər və polis çalışır.
Hələlik baş verən partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR