"Bunu ingilislərə deməyin"

"Bunu ingilislərə deməyin"
12:52 17 Aprel 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

"Qranada"nın yeni baş məşqçisi Toni Adamsın debütü uğursuz alınıb. Bir müddət "Qəbələ"də də çalışan ingilis mütəxəsisin komandası "Selta"ya 0:3 hesabıyla uduzub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Adams bunları deyib:

"İspaniya liqası çox çətindir. Fikrimcə, La Liqa dünyanın ən yaxşı çempionatıdır. Amma bunu ingilislərə deməyin. Qarşıdakı 5 həftədə komandanın pisxoloji durumunu düzəltmək asan olmayacaq. Amma bir neçə variantım var. Hazırda klubda hamının əhval-ruhiyyəsi aşağıdır. Onları ağ bayraq qaldırmaq fikrindən döndərməliyəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR