Elza Seyidcahan efirdə hönkür-hönkür ağladı

Əməkdar artist Elza Seyidcahan atası haqda danışıb. Metbuat.az xəbər verir ki, ifaçı bu haqda “Atv Maqazin Onlarla” verilişində danışıb.

Metbuat.az xəbər verir ki, müğənni illər öncə atasının ailəsini başsız qoyduğunu və daha sonra ondan xəbər ala bilmədiklərini açıqlayıb. Əməkdar artist hazırda atasından xəbərsiz olduğunu vurğulayıb:

“Atam həmişə oğlan uşaq istəyirdi. Anam hamilə olanda atam əminliklə uşağın oğlan olacağına inanırdı. Hətta atam oğlan olacaq ümidi ilə bacıma oğlan adları düşünürdü. 5 qız uşağından sonra atam dərdə düşdü. İçirdi ki, niyə oğlum olmadı. Zaman-zaman bizdən soyumağa başladı. Sonralar qohumlar dedi ki, başqa yerdə oğlu var. Və uzun illərdir ki, atamdan xəbərimiz yoxdu. Onun üçün narahatıq. Anam bizi min bir dərdlə böyütdü, ancaq o da atamızdır. Nə edə bilərik?! Atam dünyasını dəyişməyibsə, məni izləyirsə xəbər etsin”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR