Elmar Məmmədyarov Malta və İtaliyaya səfərə gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Malta və İtaliyandan olan həmkarları və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

İtaliyaya səfər çərçivəsində Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş foto-sərginin açılışına qatılacaq, Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcək.

***

saat 11.47

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Maltaya səfər edəcək.

"Maltatoday” agentliyinə istinadən verdiyi məlumata görə, 3 günlük səfər çərçivəsində onu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və digər iki diplomat müşayiət edəcək.

Səfər çərçivəsində E. Məmmədyarov Maltanın baş naziri Cozef Muskat, xarici işlər naziri Corc Vella, Nümayəndələr Palatasının spikeri Anglu Farrugia və Malta prezidenti Mari Luis Koleiro Preka ilə görüşlər keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR