"Asan İmza"nı aktiv etmək üçün nömrə niyə bahalaşıb?

"Asan İmza" ilə şəxsiyyət vəsiqəsini təqdim etmədən kimliyinizi təsdiq edə, eyni zamanda mobil telefondan istifadə etməklə sənədləri elektron qaydada imzalaya bilərsiniz.

Metbuat.az xəbər verir ki, "Asan İmza" (Mobil imza) ilə bütün mövcud e-xidmətlərdən istifadə etmək mümkündür. "Asan İmza" ilə hökumət vətəndaş arasında bürokratik əngəlləri aradan qaldırmaq olur. Bu, o deməkdir ki, Azərbaycan hökuməti telefon vasitəsilə hər zaman öz vətəndaşları ilə birlikdədir. "Asan İmza" (Mobil imza) əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır. Qeyd edək ki, "Asan İmza" Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilir.

Aprelin 1-dən 20-dək "Asan İmza"nı aktiv etmək üçün Azercell nömrəsi almaq lazımdır. Deyilənə görə, nömrənin qiyməti qalxıb. Aprelin 20-dək vaxt qoyulub ki, "Asan İmza"nı təsdiqlədsinlər. Belə bir halda isə fiziki şəxslər çətin vəziyyətə düşüb. Asan Xidmətdə insanlar növbəyə düzülüb. Yaranan vəziyyətlə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında deyib: “Asan Xidmətin "Azercell"ə müəyyən müqaviləsi ola bilər, ancaq bu tərəfdaşlıq vətəndaşın hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Qanunvericilikdə qeyd edilib ki, "Asan İmza"nın alınması heç bir başqa kommersiya əməliyyatı bağlanmadan həyata keçirilməlidir. Əgər Asan Xidmət hər hansı kompaniya aparmaq istəyirsə, bunu başqa formada insanları daha da stimullaşdıraraq, maarqlandıraraq edə bilər. Ancaq hər hansı qaydalar tətbiq edib, insanlara zorla kommersiya əməliyyatı tətbiq etmək qanunvericilikdə və biznes nöqtəyi-nəzərdən doğru deyil, vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş addımdır”.

Qısa müddətin qoyulmasına gəldikdə isə, ekspert deyib ki, “Əgər doğrudan da Asan Xidmət istəyirsə, elektron imzadan daha çox insan istifadə etsin, bu da şəffaflığı artıra biləcək amildir, buna görə, qısa zaman kəsiyinin olması doğru deyil, əksinə çalışmaq lazımdır ki, daha çox insan bu xidmətdən istifadə etsin. Həm xidmət haqqına görə, büdcəyə əlavə pul gələcək həm də, elektron imzası olan insanlar daha şəffaf kommersiya fəaliyyəti göstərəcək. Ona görə, müəyyən zaman çərçivəsi qoymaqdansa, daha çox insan cəlb etməyə çalışmaqla, müəyyən güzəştlərlə vətəndaşın bu xidmətə çıxışını daha da asanlaşdırmalıdır”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR