Saunaya gedən ana-bala facəvi şəkildə həlak oldular - FOTO

Saunaya gedən ana-bala facəvi şəkildə həlak oldular - FOTO
13:47 17 Aprel 2017
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Saunaya gedən ana-bala ölüb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, onlar içəridə olarkən qapının qıfılı ilişib. İçəridə havasız qalan qadınlar dəhşətli şəkildə can veriblər.

Polisin dediyinə görə, 65 yaşlı ana və 45 yaşlı qızı ölü halda tapılıblar. Balaca otağın şüşəsindəki çatlardan məlum olub ki, onlar çıxmaq üçün pəncərəni qırmaq istəsələr də, bacara bilməyiblər.

Sauna sahibi polisə verdiyi ifadəsində deyib:

"Onların saat yarımdan çox içəridə olmalarından şübhələndik və ora getdik. Qapını açanda gördük ki, ölüblər".

Dəhşətli hadisə Çexiyanın paytaxtı Praqada baş verib. 

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR