Qırışlara xiyar, ağarmağa limon (FOTO)

Qırışlara xiyar, ağarmağa limon (FOTO)
16:26 7 Yanvar 2015
468 Sosial
Ölkə mətbuatı
A- A+

Qırışlara qarşı xiyar, sızanaqlar üçün diş məcunu, sarışınlara limon. Gözəllik üçün istifadə edilən bu yollar doğurdan faydalıdır? Yoxsa deyilənlər ancaq əfsanələrdir.
ANS PRESS bu türkəçarə vasitələrin faydasını təqdim edir:

1. Xiyar göz altı torbalarla mübarizə aparır - Doğrudur.
Göz altı torbalardan qurtulmağın ən yaxşı yoludur. O flavoidlərlər və antioksidantlarla zəngindir. Bu sayədə qıcıqlanma, ləkələr, qaralma, qızarmadan qoruyur. Xiyar həm də soyuducu effektə malikdir, damarları genişləndirir.
Bunun üçün sadəcə olaraq xiyar dilimlərini 30 dəqiqə gözün üzərində saxlamaq kifayətdir. Ya da xiyarın suyunu çıxararq pambıq disklərlə 15-20 dəqiqə gözdə saxlamaq olar. Sonra isə ilıq su ilə yuyun.

2. Saçları nə qədər çox darasanız bir o qədər gur olur - Əfsanə
Darama baş dərisində qan dövranını sürətləndirir. Bu isə saçların sağlam uzanmasına stimul verir. Amma tez-tez darama saçların üzərini zədələyir və onu zəiflədir. Ona görə, gündə iki dəfə daranmaq məsləhətdir- səhər və axşam.

3. Stres sızanaq yaradır - Düzdür
Stres dəri yağının artmasını stimullaşdırır. Bu da dəri üzərində sızanaqların meydana gəlməsinə səbəb olur.
Gözəllik üçün çalışın əsəbiləşməyin və gülümsəyin.

4. Diş məcunu dəri qıcıqlanmalarından qoruyur - Düzgün
Məcun dişlərin təmizlənnməsi üçün nəzərdə tutulub. Amma bəzən əlinizin altında heç bir kosmetik vasitə olmayanda, hər hansı səpki varsa diş məcunundan yararlana bilərsiniz. Əgər məcun otlardan, bitkilərdən hazırlanıbsa daha yaxşı. Məcunu səpki olan hissəyə sürtün. Bir necə dəqiqiədən sonra o quruyacaq (həssas dərisi olanlar belə eksprementlər etməsələr yaxşıdır. Bu yoldan ən sonuncu variant kimi istifadə etmək olar).

5. Saçlar şampuna öyrəşir - Əfsanə
Bir şampunun saçlara düşüb-düşməməsi deyə bir şey yoxdur. Parlaq saçlar üçün onları təmiz yumaq lazımdır. Həftədə bir dəfə isə yağlı saçlar üçün nəzərdə tutulan şampunlardan istifadə etmək olar.

6. Limon dərini və saçları ağardır - Düzdür
Bu o demək deyil ki, hər gün dərini və saçları limonla yumaq lazımdır. Amma unutmayın ki, limon dərini də, saçı da qurudur. Eyni təsiri çobanyastığı da göstərir. Amma əks təsir göstərmədən.

7. Dodaq boyası vərdiş yaradır - Əfsanə
Çatlayan, quruyan dodaqlar üçün olan bəzi balzamların tərkibindəki komponentlər qurudur. Buna görə də onlardan müntəzəm istifadə etmək lazım gəlir. Amma olar heç bir vərdiş, asıllıq yaratmır. Tez-tez bu pomadaları dəyişmək olar. İndi mağazalarda vazelin, şi yağı olan və qış üçün ideal variant hesab edilən dodaq parıltıları satılır.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=318209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR