Ruslardan dünyanı silkələyəcək yeni silah: TƏKCƏ SƏSİ İLƏ...

Ruslardan dünyanı silkələyəcək yeni silah: TƏKCƏ SƏSİ İLƏ...
14:03 17 Aprel 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya yeni hipersəsli "Sirkon" raketini sınqadan çıxardıb. "Sirkon" raketinin uçuş məsafəsi təxminən 400 kilometr təşkil edib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, hipersəsli "Sirkon" raketi sınaqlarda səsin səkkiz sürətinə nail olub.

"Raketin sınaq gedişində göstərdiyi nəticə uçuşun hündürlüyünün sürətinə nisbətinin 8 maxa çatdığı təsdiq edilib" - TASS agentliyi bildirib.

Raketin nə vaxt və hansı platformadan atıldığı dəqiqləşməyib.

Bəzi məlumatlara görə, "Sirkon" raketlərini "Kalibr" və "Oniks" raketləri kimi universal işəsalma ( 3S14) qurğularının köməyilə buraxmaq olar.

Rusiya hərbçiləri daha əvvəl Orenburq ərazisində hipersəsli raketi müvəffəqiyyətlə işə salmışdılar.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR