"Barselona" - "Yuventus" matçının hakimi bəlli oldu

"Barselona" - "Yuventus" matçının hakimi bəlli oldu
14:05 17 Aprel 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək daha iki matçın hakimləri müəyyənləşib. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Monako" və "Borussiya" (Dortmund), həmçinin "Barselona" ilə "Yuventus" arasında aprelin 19-da baş tutacaq cavab qarşılaşmasının referiləri açıqlanıb.

UEFA Fransada keçiriləcək "Monako" - "Borussiya" görüşünü sloveniyalı Damir Skominaya həvalə edib. "Nou Kamp"da oynanılacaq və böyük maraqla gözlənilən "Barselona" - "Yuventus" matçında isə hollandiyalı Byorn Kuypers ədalət təmsilçisi olacaq.
 
Qeyd edək ki, ilk matçlarda "Monako" 3:2, "Yuventus" isə 3:0 hesablı qələbə qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR