Röyanı hədələdi: "Haqqımda danışmasın, yoxsa..."

Röyanı hədələdi: "Haqqımda danışmasın, yoxsa..."
14:17 17 Aprel 2017
242 Şou
Ölkə mətbuatı
A- A+

Hər şeyin öz yeri var. Yaş ötdükcə, insanın istəyi, zövqü dəyişir. Hər zaman uzun paltarları xoşlamışam. Mənə qısa geyinməyə heç kim qadağa qoymayıb. Özümü 25 yaşımda başqa görürdümsə, indi tam başqa cür görmək istəyirəm. Bu yaşda beləyəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Natavan Həbibi "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

Sənətçi küsülü olduğu əməkdar artist Röya Ayxana ismarış göndərib. Natavan deyib ki, efirdə onun haqqında bir də danışmasın:

"Bizdə uzun müddətdir belə dəb var: İnstaqram-da, efirdə cavab verirlər. Bu, yox olsun. Əgər kiminsə fikri varsa, efir vasitəsilə yox, zəng edib desin. Mənim haqqımda məndən icazəsiz danışmasın. Biz də çox şey deyə bilərik, çox şey danışarıq. Mənimlə danışmır yox, mən onunla danışmaya bilərəm. Konsertimdən sonra münasibətə mən son qoymuşam".

Qeyd edək ki, R.Ayxanla N.Həbibi arasında qalmaqal ötən il baş verib. Röya "V element" verilişində həmkarlarının ünvanına "Əvvəl mənə "çuşka" deyirdilər. İndi mən onların geyiminə baxıb gülürəm" söyləmişdi. Natavan isə "Biz indi də ona "çuşka" deyirik" cavabını vermişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR