Azərbaycanda ŞOK HADİSƏ: gəlin toy günü başqasına qoşulub qaçdı

Azərbaycanda ŞOK HADİSƏ: gəlin toy günü başqasına qoşulub qaçdı
14:53 17 Aprel 2017
246 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda toy günü gəlin başqasına qoşulub qaçıb.

Hadisə İmişli rayonunun Qaradonlu kəndində baş verib. Toy mərasimi aprelin 15-də İmişli şəhərində “Kral” şadlıq sarayında baş tutub. Mərasimdən sonra gəlin başqasına qoşulub qaçıb. Gəlinin sevgilisi ilə birlikdə qaçdığı deyilir.

Qızın valideynləri məsələ ilə bağlı İmişli Rayon Polis Şöbəsinə məlumat verib.

Şöbənin müstəntiqi Elsəvər Əliyev azaews.az-a açıqlamasında toyu olan qızın sevgilisi ilə qaçdığını deyib:

“Qızın yeri məlumdur, izahat da alınıb. Deyir sevib, könüllü qaçmışam. Beş ildir bir-birimizi sevirdik. Məqsədim ailə qurmaqdır. Biz ona heç nə edə bilmərik, yaşı tamam, sevdiyi şəxslə ailə qurub.”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR