Azərbaycan və Özbəkistan turizm sahəsində memorandum imzalayıb - FOTO

Azərbaycan və Özbəkistan turizm sahəsində memorandum imzalayıb - FOTO
15:05 17 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Özbəkistan turizm assosiasiyası arasında münasibətlərin inkişafı barədə memorandum imzalanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, memorandumu hər iki ölkənin turizm assosiasiyalarının rəhbərləri Nahid Bağırov (Azərbaycan) və Nəbican Qasımov (Özbəkistan) imzalayıblar.

Sənəddə turizm sahəsinin inkişafı sahəsində təcrübə və məlumat mübadiləsi, birgə turların təşkili, turizimin təşviq olunması ilə bağlı birgə tədbirlər, eləcə də sağlamlaşdırma turizminin təşviq olunması kimi məsələlər nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/535906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR