187 azərbaycanlını asdılar - DƏHŞƏT

187 azərbaycanlını asdılar - DƏHŞƏT
15:18 17 Aprel 2017
198 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Azərbaycanda 2015-2016-cı illərdə ölüm cəzasına məhkum edilən soydaşlarımızın sayı açıqlanıb.

Publika.az
xəbər verir ki, “Association for the Human Rights of the Azerbaijani people in İran” (AHRAZ) təşkilatı “Report of the deathz penalty in Azerbaijans cities in İran (2015-2016)” adlı hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin oktyabr ayına kimi İranda 588 insan ölüm cəzasına məhkum edilib. Onlardan 504-ü edam edilib. Edam edilənlərdən 187 nəfəri azərbaycanlılardır.

Edam edilənlər Qərbi Azərbaycan (10 faiz), Şərqi Azərbaycan (8 faiz), Ərdəbil (7 faiz), Zəncan (4 faiz), Qəzvin (6 faiz) və Həmadandandırlar (2 faiz).

57 faiz insan narkotik cinayətlərinə, 26 faiz ailə daxili münaqişə zəminində törətdiyi qətlə, 7 faiz siyasi fikirlərinə, 4 faiz isə başqa hadisələrə görə edam olunub.

Edamların ümumi sayının 39 faizi rəsmi şəkildə qeyd olunub. 61 faiz edamı isə müstəqil media və QHT-lər qeydə alıblar.

2017-ci ilin yanvar-mart ayları ərzində isə Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin, Marağa və Lalə kimi azərbaycanlıların yaşadığı şəhərlərdə 34 insan asılıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR