Bu il 424 əkiz, 12 üçəm doğulub - Azərbaycanda

Bu il 424 əkiz, 12 üçəm doğulub - Azərbaycanda
15:24 17 Aprel 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Cari ilin yanvar-fevral ayları ərzində ölkədə doğulan körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır.

 

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb  və əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib.  

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

 

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR