"Qalatasaray"dan şok qərar: ulduz futbolçusunu satır

"Qalatasaray"dan şok qərar:   ulduz futbolçusunu satır
15:27 17 Aprel 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bu mövsüm transferlərə 20 milyon xərcləyən "Qalatasaray" yay mövsümündə xərclərini azaltmaq məcburiyyətindədi. 


Fanat.Az xəbər verir ki, alman ulduz Lukas Podolskini "Vissel Kobe"yə satan "aslanlar" mövsümün sonunda 1 il müqaviləsi qalan Brumanı da göndərir. Uzun müddətdi İngiltərə premyer-liqası iştirakçılarının nəzərində olan portuqaliyalı futbolçu üçün "Tottenhem" təklif göndərmişdi. Ancaq çempionluq hədəflərini əsas gətirən klub rəhbərliyi ingilislərə müsbət cavab verməmişdi. 


Hazırkı qazancı 1,2 milyon avro olan və yeni anlaşma üçün maaşında 100 faizlik artım gözləyən Brumanın növbəti mövsümdə havayı getməsindən narahat olan rəhbərlik 22 yaşlı futbolçu ilə maraqlanan "Tottenhem"in təklifini dəyərləndirməyi qərara alıb. Deyilənə görə hər iki tərəf 15 milyon avroya razılaşıb. Premyer-liqa "vitrin"i futbolçunun həm də Portuqaliya yığmasına yoluna aça bilər. "Qalatasaray"da yaxşı mövsüm keçirməsinə baxmayaraq Bruma indiyəcən A komandasından dəvət gözləsə də yalnız U-21-dən təkliflər gəlirdi. 


Ardıcıl 3 mövsümdü "Qalatasaray"ın formasını geyən Bruma bu müddətdə 4 kubok qazanıb. Söhbət bir dəfə ölkə çempionluğu, iki kubok və bir superkubokdan gedir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotdan-ok-qrar-t57671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR