Müharibənin ayaq səsləri...

Gözlənilmədən Cənubi Koreyaya səfər edən ABŞ-ın vitse-prezidenti Mayk Pens Pxenyanın ünvanına hədə dolu ifadələr səsləndirib.

Metbuat.az-ın məlumatına görə, Şimali Koreya ilə sərhəddə yerləşən neytral bölgəyə yollanan Pens bildirib ki, Vaşinqton Pxenyanın kütləvi qırğın silah proqramına qarşı qəti addımlar atmaq niyyətindədir :

" Strateji səbrimiz artıq tükənib. Bütün seçimlər masadadır".

Amerikalı qonaq bəyan edib ki, Şimali Koreya yolundan geri dönməli, ballistik raketlərin sınaqlarına son verməlidir.

Bu arada, Vaşinqtonun bölgəyə 3-cü hərbi göndərməyə hazırlaşması barədə xəbərlər yayılıb. Ötən həftə yolan düşən ilk gəmi isə sabah Koreya yarımadasına çatacaq.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR