Vaqif Bayatlı əməliyyat olunacaq

Vaqif Bayatlı əməliyyat olunacaq
15:52 17 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Ustad şair Vaqif Bayatlı Odərin səhhəti yenidən Türkiyə tibbinə həvalə olunacaq.

"Bir neçə ay öncə Vaqif müəllim beyin əməliyyatı keçirdi. Bildiyiniz kimi uğurlu oldu əməliyyat. Həkimi ilə danışdıq bu günlərdə, nəzarət baxışı üçün bu ayın sonu yenidən Türkiyəyə gedəcəyik. Səhhəti imkan verərsə, ürək əməliyyatı olunmalıdır bu dəfə". 

Milli.Az bildirir ki, bu sözləri teleqraf.com-a tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı deyib. "Bəs hal-hazırda şairin vəziyyəti necədir"? -  sualına isə Tamam Bayatlı belə cavab verib: "hal-hazırda psixoloji olaraq özünü əməliyyata hazırlayır. Məndən başqa heç kimlə ünsiyyətə girmir. Həddindən artıq həssas olub bu aralar"...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/535977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR