"Qraabağ"ın qapıçısı bu siyahıda 2-ci oldu

"Qraabağ"ın qapıçısı bu siyahıda 2-ci oldu
15:57 17 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasında 100-cü oyununu keçirib. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, “İnter”lə XXVI turun qarşılaşması bosniyalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub. 


3:0 hesablı qələbə ilə başa çatan görüşdə qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/14 mövsümündən “Qarabağ”da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.


O, Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 2-ci legioner qapıçı olub. İbrahimə qədər yalnız bir əcnəbi qolkiper bu qədər çox matç keçirib. “İnter”in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. 7 mövsüm ölkəmizdə çıxış edən gürcüstanlı bu oyunlarda 91 top buraxıb.


Ümumilikdə isə Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqraabaquotn-qapcs-bu-siyahda-2-ci-oldu-t57672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR