Bu məşhurun bacısı yol qəzasında öldü - FOTO

Bu məşhurun bacısı yol qəzasında öldü - FOTO
16:12 17 Aprel 2017
151 Dünya
Ölkə mətbuatı
A- A+

NBA komandalarında olan "Boston Seltiks"in "All Star" oyunçusu İsaiah Tomasın 22 yaşlı bacısı Kayna Tomas Vaşinqtonda yol qəzasında faciəvi şəkildə həyatını itirib. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bacısını yol qəzasında itirən İsaiah Tomas Şərq Konfransının ilk turundakı matça çıxmaq istədiyini deyib. Tomas kədərli halıyla çıxdığı matçda "möcüzələr" yaradıb. 

28 yaşlı oyun qurucusu "Çikaqo Bulls" ilə qarşılaşdıqları matçda cəmi 38 dəqiqə meydanda olsa da 33 xal, 5 ribaund və 6 asist və rəqibdən 1 top "oğurlamaq"la gecəyə damğasını vurub. 

İsaiahın bu mübarizəsinə baxmayaraq qarşılaşmanı 102-106 hesabı ilə "Bulls" qazanıb.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR