“Qarabağ”dan 5-ci, “Neftçi”dən ilk

“Qarabağ”dan 5-ci, “Neftçi”dən ilk
16:27 17 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının 2016/17 mövsümünün XXVI turunda iki böyükhesablı nəticə qeydə alınıb. Fanat.Az xəbər verir ki, öncə “Neftçi” paytaxt derbisində AZAL-ı 4 cavabsız qolla məğlub edib. 


Bu, mövsümdə 10-cu dəfə belə nəticə olub. Sonuncu dəfə 2 il 6 ay əvvəl – 2014-cü il noyabrın 2-də elə AZAL-la matçda belə uğura sevinən (4:0) “ağ-qaralar” mövsümdə ilk belə qələbəsini qazanıb. “Ağ-qaralar” cari mövsümdə mükafatçılar sırasına düşməyən komandalar arasında yeganə komandadır ki, belə qələbə qazanıb. Əvvəlki böyükhesablı qələbələrin hamısı ilk “üçlük”də qərarlaşan və mükafatı təmin edənlərin hesabındadır.


Turun ikinci günündə “İnter”i 3:0 hesabı ilə yenən “Qarabağ”  mövsümün 11-ci, özünün 5-ci uğuruna imza atıb. “Qəbələ” 3, “İnter” 2, “Neftçi” 1 dəfə 3 və ya daha çox top fərqilə qalib gəlib. “İnter” isə mövsümdə ilk dəfə belə fərqlə uduzub. Ağır məğlubiyyət alan klublara gəlincə isə AZAL 4, “Neftçi” 3, “Sumqayıt” 2, “Kəpəz”, “İnter” 1 dəfə üzülüb. (pfl.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qarabadan-5-ci-neftcidn-ilk-t57673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR